Tiktok-da ehtiyat hissələri  satan dələduz tutuldu - VİDEO
01 noyabr 2025 10:31 (UTC +04:00)

Tiktok-da ehtiyat hissələri satan dələduz tutuldu - VİDEO

0

Oğuzda sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, o, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar