Tiktokda söyüş söyən  tələbə qız SAXLANILDI
26 avqust 2026 18:29 (UTC +04:00)

Tiktokda söyüş söyən tələbə qız SAXLANILDI

0

Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker cəzalandırılıb.

Lent.az-ın xəbərinə görə, 18 yaşlı İlkanə Musayeva (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “inciim1” profilində canlı yayım açıb. Bu zaman o, izləyici sayı artsın deyə əxlaqsız ifadələr səsləndirib. Bununla da İlkanə Musayeva ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Onun sosial şəbəkədəki qeyri-etik hərəkətləri ilə əlaqədar polis əməkdaşları tədbir görmək üçün həmin şəxsin yaşadığı evə gediblər. Bu zaman İlkanə Musayeva hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, şöbəyə getməkdən imtina edib.

Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokollar tərtib olunub.

İ. Musayevə ifadəsində bildirib ki, Bakı şəhərində kolleclərin birində üçüncü kursda təhsil alır. Valideynləri evdə olmadığı üçün polis əməkdaşları ilə birgə şöbəyə getməkdən imtina edib. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə İ. Musayeva barəsində 500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar