Tovuzda minik maşını traktorla toqquşdu , xəsarət alan var
26 avqust 2026 22:14 (UTC +04:00)

Tovuzda minik maşını traktorla toqquşdu, xəsarət alan var

0

Tovuzda minik avtomobili ilə traktor toqquşub.

Lent.az xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili traktorla toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü E. Heydərov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


fuad Nazimoğlu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar