Toydan qayıdanlar qəzaya düşdü: Sabiq polis əməkdaşı öldü, yaralılar var -YENİLƏNİB -FOTO
07 may 2023 09:43 (UTC +04:00)

Toydan qayıdanlar qəzaya düşdü: Sabiq polis əməkdaşı öldü, yaralılar var-YENİLƏNİB-FOTO

Samuxda qəzada ölən şəxs sabiq polis əməkdaşı olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, minik maşının hasara çırpılması zamanı dünyasını dəyişən Elmar Əsgərov Samux Rayon Polis Şöbəsində çalışıbmış.

O, bir müddət əvvəl təqaüdə çıxıb.

***

09.36

Samuxda qəza nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbər görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Elmar Əsgərov hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.

***

saat 07.44

Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə qəza düşənlər toydan qaydırmış. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6272

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35