Türkiyədə zavodda PARTLAYIŞ:  10 ölü, 15 yaralı var - VİDEO
09 noyabr 2026 17:59 (UTC +04:00)

Türkiyədə zavodda PARTLAYIŞ: 10 ölü, 15 yaralı var - VİDEO

0

Türkiyənin İzmir vilayətində yerləşən dəmir-polad zavodunda güclü partlayış baş verib.

Lent.az xəbər verir ki, hadisə Aliağa rayonunda yerləşən “HABAŞ” şirkətinə məxsus zavodda qeydə alınıb.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.

Son məlumatlara görə, hadisə nəticəsində 10 işçi həyatını itirib, 4-ü ağır olmaqla 15 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

İzmir Valiliyinin ilkin araşdırmasına əsasən, partlayışın maye poladın tökülməsi zamanı tavan kranının qoparaq elektrik qövs sobasına düşməsi nəticəsində baş verdiyi ehtimal olunur. 

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar