Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Sprinter”in sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.