Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.
Onun sözlərinə görə, bir neçə PUA Novoselki sənaye zonasında yerləşən obyektlərə düşüb. Zərbələrdən sonra ərazidə bir neçə yanğın başlayıb. Ən böyük yanğın anbar binasında qeydə alınıb və açıq alov sonradan söndürülüb.
PUA qalıqlarının Solnışkovo kəndinə düşməsi nəticəsində isə fərdi yaşayış evi və yaxınlıqda park edilmiş avtomobilə ziyan dəyib. Baş vermiş yanğın qısa müddətdə söndürülüb və bu hadisədə xəsarət alan olmayıb.
Həmçinin Ukrayna PUA-larının bu gecə Leninqrad vilayətinə də hücum edib. Hücum zamanı Sankt-Peterburq şəhəri yaxınlığında partlayışlar qeydə alınıb.