Azərbaycanda məktəbli oğlan ağır qəza törətdi, öldü
13 oktyabr 2015 11:09 (UTC +04:00)

Azərbaycanda məktəbli oğlan ağır qəza törətdi, öldü

Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Xəlisli kəndində 15 yaşlı Ziyadzadə Fərid Murad oğlunun idarə etdiyi "Mercedes" markalı, 90 CM 281 nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

 

Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən hdisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəzaya düşən F.Ziyadzadə orta məktəbin 9-cu sinif şagirdi olub. Sürücülük vəsiqəsi olmayan məktəbli atasının maşınını idarə edirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203

Oxşar yazılar