52 yaşlı qadını zorlamaqda təqsirləndirilən oğlanın cəzası bilindi
28 noyabr 2017 15:09 (UTC +04:00)

52 yaşlı qadını zorlamaqda təqsirləndirilən oğlanın cəzası bilindi

 

Qubada 52 yaşlı qadını zorlamağa cəhddə təqsirləndirilən Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə başa çatan zaman Bəhruz Paşayev zərərçəkmiş Samirə Məmmədovaya deyib ki, bunların hamısı onun günahıdır: “Oğlunun da başını yedin, o da içəri düşdü, indi məni də göndərdin”.

 

Qeyd edək ki, hadisə bu il Qubanın Mirzəqışlaq kəndində baş verib.

 

33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar. Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir.

Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsində müvafiq yardımlar göstərilərkən, gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadının oğlu Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bəhruz Paşayevə də Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar