“Qarabağ”ın oyununun yeri dəyişdirildi
13 avqust 2013 18:30 (UTC +04:00)

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

0

Futbol üzrə Topaz Premyer Liqasında III turun oyun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tur 3 gün davam edəcək.

 

Əvvəlcə çempion “Neftçi” “Simurq”u qəbul edəcək. Avqustun 17-də keçiriləcək qarşılaşma “Bakcell Arena”da saat 21:00-da baş tutacaq. Ertəsi gün eyni arenada “Qarabağ” “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Ağdam klubunun bu dəfə Tofiq Bəhramov adına Respublika stadionundan yararlanmamasının səbəbi var. Almaniya “Ayntraxt”ı ilə avqustun 15-də nəzərdə tutulan ev oyunu mərkəzi arenada baş tutacaq. Respublika stadionunun ot örtüyünün qorunması məqsədilə “Qarabağ” rəhbərliyi “Xəzər Lənkəran”ı digər arenada qəbul etməyə qərar verib.

 

Tura isə bazar ertəsi 2 oyunla yekun vurulacaq:

 

17 avqust (şənbə)

 

21:00. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “Bakcell Arena”

 

18 avqust (bazar)

 

20:00. “Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran”
Bakı, “Bakcell Arena”

 

19:00. “İnter” (Bakı) – AZAL (Bakı)
Bakı, “Şəfa” stadionu

 

19 avqust (bazar ertəsi)

 

18:00. “Sumqayıt” – “Qəbələ”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

18:00. “Bakı” – “Rəvan” (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1000

Oxşar yazılar