Sərhədi pozanlar saxlanıldı
05 avqust 2013 12:25 (UTC +04:00)

 Sərhədi pozanlar saxlanıldı

0

Azərbaycan dövlət sərhədini pozan şəxs saxlanıb.


 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə,

DSX və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidməti arasında dövlət sərhədinin etibarlı mühafizəsinə dair razılaşmaya əsasən qarşılıqlı məlumat mübadiləsi nəticəsində keçirilmiş birgə sərhəd axtarışı zamanı 30 iyul 2013-cü il tarixdə Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozmuş 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

 

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar