
Ərini öldürən qadının istəyi reallaşmadı
Ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, T.Vəliyevanın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan T.Vəliyeva həyat yoldaşı Nazim Vəliyevi ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib.
Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.
Oxşar yazılar

Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı
11 may 2025 , 10:52