
Masallı sakini Balakəndə narkotiklə tutuldu
Masallı sakini külli miqdarda narkotiklə Balakəndə tutulub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni
qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb. Belə ki, S. Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14