<b>Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndrilən şəxs azadlığa buraxılmadı</b>
28 noyabr 2017 14:55 (UTC +04:00)

Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndrilən şəxs azadlığa buraxılmadı

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovla bağlı məhkəmə prosesi olub. Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətə baxılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə həmin şəxsin vəkili Fariz Namazlı məlumat verib.

 

Vəkilin dediyinə görə, irəli sürülən ittihamlarla A.Həmidovun heç bir əlaqəsi yoxdur: "19 avqust 2017-ci ildə Nazpəri Dostəliyevanın Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən evində oğurluq hadisəsi baş verən zaman Asif Həmidov orada olmayıb. Həmin zaman o, Sumqayıtda olub. Oğurluq hadisəsindən xəbəri olmadığına görə də müvəkkilim kimlərləsə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girə bilməzdi. Onu oğurluqda ittiham etmək əsaslı deyil".

 

 

Məhkəmədə qərar elan olunub. Qərara əsasən, məhkəmə vəsatəti təmin etməyib.

 

 

F.Namazlı qeyd edib ki,  Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

 

 

 

Qeyd edək ki,  bu il avqust atının 19-da naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

 

Daxili İşlər Nazirliyini yaydığı məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

 

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

 

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

 

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar