<b>Peşəkar güləşçinin qətli ilə bağlı məhkəmə başladı</b>
17 yanvar 2018 11:37 (UTC +04:00)

Peşəkar güləşçinin qətli ilə bağlı məhkəmə başladı

Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

 

Məhkəmənin baxış iclası yanvarın 24-ə təyin edilib.

 

 

Qeyd edək ki, hadisə bu il Bakıda baş verib. Loğman Alıyev münaqişə zəminində dostu Elçin Tapdıqovu qətlə yetirib.

 

Loğman Aliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddəsi ilə ittiham edilir.

 

Qətlə yetirilən şəxs peşəkar güləşçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253

Oxşar yazılar