[b]Polis iki günə 47 cinayətin üstünü açdı[/b]
25 fevral 2019 11:00 (UTC +04:00)

[b]Polis iki günə 47 cinayətin üstünü açdı[/b]

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 47 cinayətin  üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məılumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

 

         

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar