[b]"Rabitə işi"ndə təqsirləndirilən şəxslərin əmlaklarına qoyulmuş həbs götürüldü[/b]
08 noyabr 2017 11:24 (UTC +04:00)

[b]"Rabitə işi"ndə təqsirləndirilən şəxslərin əmlaklarına qoyulmuş həbs götürüldü[/b]

 

Dünən Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi" üzrə çıxarılan qərarda təqsirləndirilən şəxslərin əmlaklarının bəzilərin üzərindən həbs götürülüb.

 

Bu barədə Lent.az-a dünən azadlığa çıxmış BTRİB-in baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova məlumat verib.

 

Vəkil qeyd edib ki, məhkəmənin qərarında təqsirləndirilən şəxslərin hamısının 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: "İttiham 2009-2015-ci illəri əhatə edir. İttihamdan qabaq əldə olunan əmlakların üzərindən həbs qərarı götürülüb".

 

Xatırladaq ki, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Digər həbsdə olan Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar