Allahverdi Pələngovun oğlu İrəvana gedib
20 sentyabr 2013 12:51 (UTC +04:00)

Allahverdi Pələngovun oğlu İrəvana gedib

0

Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngovun oğlu sentyabrın 19-da İrəvana gedib.


 

Onu İrəvanda Ermənistan prezidentliyinə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan qarşılayıb. Bu barədə APA-nın Gürcüstan müxbirinə Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib. O bildirib ki, A. Pələngovun oğlu Kənan Pələngovu İrəvanda yaxşı qarşılayıblar: “Ona atası ilə görüş üçün icazə alınıb. Kənan atası ilə görüşüb, ona yemək və paltar verib. Allahverdi Pələngovun durumu yaxşıdır. Təcridxanada 3 erməni ilə birlikdə saxlanılır, kamerada saxlanılanlarla münasibəti normaldır“.

 

S. Mehdiyev qeyd edib ki, Kənan Pələngov atası ilə görüşdükdən sonra həmin gün geri qayıdıb: “Kənanın mənə dediyinə görə, gələn ay Allahverdi Pələngovun məhkəməsi olacaq”.

 

Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1538

Oxşar yazılar