
Keyfiyyətsiz dondurma istehsal edən müəssisə ifşa olundu
Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri, M.Rəhimov küç. 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə monitorinq keçirilib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı daxil olan şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.
Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.
Oxşar yazılar

10 yaşlı oğlan 7 yaşlı qızı zorladı: Videoya çəkdi
5 may 2025 , 00:19
Ağstafada ağır qəza - 5 nəfər yaralandı
4 may 2025 , 23:30
Bakıda sevgilisini döyən məmur nəvəsi SAXLANILDI
4 may 2025 , 23:09
Xaçmazda maşın aşdı, azyaşlı yaralandı - YENİLƏNİB
4 may 2025 , 21:23
Gəncədə qonşusuna əsəbləşən qadın özünü doğradı
4 may 2025 , 19:57
Hacıqabulda qəza: 3 nəfər yaralandı
4 may 2025 , 16:10
Oğurlanan maşınını özünə satdılar -VİDEO
4 may 2025 , 13:54