Araq butulkası ilə adam öldürməkdə təqsirləndirilənin məhkəməsi başladı
17 noyabr 2017 12:15 (UTC +04:00)

Araq butulkası ilə adam öldürməkdə təqsirləndirilənin məhkəməsi başladı

Tanışın başına araq butulkası vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Anket məlumatları dəqiqləşdirən zaman məlum olub ki, Sərxan İsmayılov Özbəkistanda doğulub. Sumqayıtda rəsmi qeydiyyatda olsa da, Xaçmazda yaşayıb. Bir yaşında övladı var.  Orta təhsillidir, rayonda fəhləlik edib.

 

 

Məhkəmə baxışı noyabrın 24-ə  təyin edilib.

 

Qeyd edək ki, hadisə bu il iyul ayında Xaçmazda baş verib. Rayonda fəhlə kimi çalışan Sərxan İsmayılov kafeyə gəlib və tanışı  Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Daha sonra Əlihüseyn Əzizli spirtli içkinin təsirindən Sərxan İsmayılova nalayiq ifadələr işlədib. Sərxan İsmayılov da stolun üstündə olan 0,7 litrlik araq butulkasını Ə. Əzizlinin başına çırpıb. Ə. Əzizli aldığı zərbədən xəsarətlər alıb. O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 3 gün sonra isə Ə. Əzizli xəstəxanada ölüb.

 

 

Sərxan İsmayılova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar