Avtobus traktor və "Nissan"la toqquşdu, yaralılar var
0
0
Bu gün Bakıda, Aeroport yolunda yol qəzası baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, 136 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu, traktor və "Nissan X-Trail" toqquşub.
Hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, yol qəzası ilə bağlı araşdırmalar davam etdirilir.
0
0