Azərbaycan xilasediciləri Gürcüstanda vacib əməliyyata qoşulub
05 avqust 2013 18:55 (UTC +04:00)

Azərbaycan xilasediciləri Gürcüstanda vacib əməliyyata qoşulub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər qrupu Gürcüstanın Fövqəladə hallar departamentin əməkdaşları ilə Gürcüstanın Enquri çayında batmış 4 nəfərin axtarışlarına qoşulub.


 

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 14-də Mestia rayonunun Xaişi kəndi ərazisində baş verib, lakin həmin şəxslərin meyitləri hələ də tapılmayıb. Batmış şəxslərin qohumları axtarışların davam etdirilməsini tələb ediblər. 

 

Qeyd edək ki, batanların 3-ü Rusiya 1-i isə Gürcüstan vətəndaşlarıdır. 

 

# 686
avatar

Oxşar yazılar