Azərbaycana 0,5 kq həşişin  keçirilməsinin qarşısı alındı
19 sentyabr 2013 16:30 (UTC +04:00)

Azərbaycana 0,5 kq həşişin keçirilməsinin qarşısı alındı

İran-Azərbaycan sərhədindən böyük həcmdə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Nahid Ağayevə məxsus əl yüklərinə “Heimann” markalı rentgen aparatı ilə gömrük baxışı zamanı oradan 31 ədəd bükümdə, xalis çəkisi 510 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

 

# 437
avatar

Oxşar yazılar