Bakı-Qazax yolunda 2 yük maşını toqquşub
26 iyul 2013 02:19 (UTC +04:00)

Bakı-Qazax yolunda 2 yük maşını toqquşub

0

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, ötən gün saat 19.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində Yevlax sakini 1964-cü il təvəllüdlü Mustafayev Rafayıl Vəli oğlu KaMAZ markalı avtomobillə, Ağdaş sakini 1994-cü il təvəllüdlü Şahmuradov Xəyal Yusif oğlunun idarə etdiyi HOVO markalı yük maşını ilə toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb. Yolda bir saatdan çox müddətdə tıxac yaranıb. Qəzaya səbəb HOVO markalı yük maşınının qabaq təkərinin partlaması olub. Nəticədə sürətlə hərəkətdə olan maşın KAMAZ markalı avtomobilin yoluna çıxıb. Qəza nəticəsində sürücü Rafayıl Mustafayev Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar