Hərbçilər ağır qəzaya düşdü: <span style="color:red;">yaralılar var  - YENİLƏNİB
04 may 2014 13:39 (UTC +04:00)

Hərbçilər ağır qəzaya düşdü: yaralılar var - YENİLƏNİB

0
Bu gün Bakı-Şamaxı magistral yolunun 24-cü kilometrliyində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi yaxınlığında "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 4 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüsal Məmmədov hadisə yerinə yollanıb.
 
Ans-in verdiyi məlumata görə, qəzada yaralanan 4 nəfər hərbçi olub. Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4612

Oxşar yazılar