Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, dekabrın 7-də saat 23:30 radələrində Salyan yolu 32 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Kərimov Rövşən Böyükxan oğlu dəm qazından boğularaq ölüb. Onun meyitini yaxınları hamam otağında aşkarlayıblar.
Hadisə yerinə 3 saylı təcili tibbi yardım stansiyasının həkimləri gəlsələr də, artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.