Bakıda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 2-də Balaxanı qəsəbəsi ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır xəsarət alan 1984-cü il təvəllüdlü Ərəstun Cavadov bu gün vəfat edib.
Həkimlər 3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas edə bilməyib.