Bakıda 6 gün öncə itkin düşən 12 yaşlı qız tapıldı
29 noyabr 2013 12:54 (UTC +04:00)

Bakıda 6 gün öncə itkin düşən 12 yaşlı qız tapıldı

0

Bakıda 6 gün öncə avtomobil yarışına baxmağa getmək üçün evdən çıxan və itkin düşən dən 12 yaşlı qız tapılıb.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lalə Məmmədovanın ötən gün Hövsan qəsəbəsində qohumlarının evində olduğu müəyyən edilib.

 

Qeyd edək ki, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

 

M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2315

Oxşar yazılar