Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fahişəliklə məşğul olan qadını müəyyən edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Gülnarə Əliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb.
Araşdırmalar davam etdirilir.