Bakıda iki kişi meyiti tapılıb
21 dekabr 2013 12:54 (UTC +04:00)

Bakıda iki kişi meyiti tapılıb

0
Bakıda üzərində zorakılıq əlamətləri olmayan iki meyit tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də Xəzər rayonu Şüvələn qəsəbəsinin ərazisində Əmircan qəsəbə sakini Teyyub Tağıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti “QAZ-3124” markalı avtomobilində tapılıb. 

Dekabrın 20-də Xətai rayonu Məhəmməd Hadi küçəsində isə üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1247

Oxşar yazılar