Bakıda su kanalından qadın meyiti tapılıb - FOTO
19 sentyabr 2013 11:59 (UTC +04:00)

Bakıda su kanalından qadın meyiti tapılıb - FOTO

0

Sentyabrın 18-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində su kanalından naməlum qadın meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 25-30 yaşlı qadının üzərində hər-hansı zorakılıq əlaməti olmayıb.

 

Şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayın qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, və ya Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə (012-452-02-02) məlumat vermələri xahiş olunur.

 

Qadının hansı şəraitdə kanala düşməsi və ölməsi ilə bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2093

Oxşar yazılar