Balıq tutmağa gedən qohumlar itkin düşdülər
14 dekabr 2013 13:09 (UTC +04:00)

Balıq tutmağa gedən qohumlar itkin düşdülər

0

Azərbaycanda qayınata və kürəkən itkin düşüb.


 

Bu barədə APA-ya Samux Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Məlumata görə, dekabrın 12-də Samux rayonu Hacıallı kənd sakinləri Turan Həsənov və kürəkəni Ayaz Qurbanov balıq tutmaq adı ilə Kür çayına gediblər. Həmin andan etibarən onlardan heç xəbər yoxdur.

 

Bu barədə polisə məlumat daxil olan kimi axtarışlara başlanıb. Onların Kürdə batdığı istisna edilmir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1260

Oxşar yazılar