
Beynəlxalq Bankın sabiq filial direktoru məhkəmədə qandallandı
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatlna görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Digər şəxslər də bankın əməkdaşlarıdır.
Onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Oxşar yazılar
FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO
21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı
21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO
21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI
21 avqust 2025 , 15:23
Ana qızının toyunda infarktdan öldü
21 avqust 2025 , 13:19
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07