Əlbəyaxa Döyüş üzrə Ümumdünya Assosiasiyası “DQR”i tanıyıb
19 sentyabr 2013 16:16 (UTC +04:00)

Əlbəyaxa Döyüş üzrə Ümumdünya Assosiasiyası “DQR”i tanıyıb

0

Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiasiyasının (MMA) rəsmi saytında üzv ölkələr siyahısında Azərbaycanla yanaşı, “Dağlıq Qarabağ Respublikası”nın da adına rast gəlmək olar. Modern.az-ın məlumatına görə, rus və ingilis dilində versiyaları olan wmmaa.org saytında separatçı rejimin bayrağı, habelə Dağlıq Qarabağda döyüş növləri üzrə qondarma “federasiyanın” rəhbər şəxsləri, yerləşdiyi ünvan və əlaqə nömrələri qeyd olunub. 

Xatırladaq ki, Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiyasının (MMA) fəxri prezidenti məşhur rusiyalı döyüşçü Fyodr Yemelyanenkodur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1011

Oxşar yazılar