Ələtdə mikroavtobus reklam dirəyinə çırpılıb: 6 yaralı
09 iyul 2013 13:15 (UTC +04:00)

Ələtdə mikroavtobus reklam dirəyinə çırpılıb: 6 yaralı

İyulun 8-də saat 19.00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində Masallı rayon sakini Rahib Eyvazov idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşını yolun kənarındakı reklam dirəyinə vurub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış Rahib Eyvazov və sərnişinləri, Masallı rayon sakinləri Sona Fərəcova, Simuzər Hüseynova, Ərşə Əhmədova, Cəlilabad rayon sakini Rövşən Abbasov və Yardımlı rayon sakini Seyvan İbayev xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

# 796
avatar

Oxşar yazılar