Əli Kərimlinin müşavirini azadlığa buraxmadılar
26 dekabr 2017 13:14 (UTC +04:00)

Əli Kərimlinin müşavirini azadlığa buraxmadılar

Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev AXCP sədrinin həbsdə olan müşaviri  Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Məmməd İbrahimin yaxınları məlumat veriblər.

 

Proses 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Hakim müraciəti təmin etməyib: "Hakim "hesab edib" ki, Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib".

 

Qeyd edək ki,  Məmməd  İbrahim xuliqanlıqda təqsirləndirilib. 2015- ci  il sentyabrın 30-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar