
Gömrükdə aksiz markasız külli miqdarda siqaret aşkarlandı
Gömrükdə 18 800 ədəd "King" markalı siqaret aşkarlanıb.
Lent.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürülüb.
Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik maşını Qazax - Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd "King" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Bakıda motel yandı -VİDEO
8 avqust 2025 , 09:19
Bakı metrosunda qadın doğdu
8 avqust 2025 , 09:11
Ağstafada AĞIR QƏZA: yaralılar var
8 avqust 2025 , 09:05
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43