
Hacı Mazanın səhhəti ilə bağlı YENİ XƏBƏR: "Dünən vəziyyəti ağır olsa da..."
Dünən qəza keçirən iş adamı Hacı Ramazan Zeynalovun (Hacı Mazan) vəziyyəti yaxşılaşıb.
Bu barədə Lent.az-a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabildir:
“Hazırda reanimasiyadadır. Gəldiyində vəziyyəti ağır olsa da, lazımi tədbirlərin görülməsindən sonra stabillik əldə edilib”.
Xatırladaq ki, dünən səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olmuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.
Daha sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərində Tədris Cərrahiyə Klinikasına gətirilmişdi.
Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16