İsmayıllı hadisələrinin məhkəməsi başlayır
04 noyabr 2013 10:12 (UTC +04:00)

İsmayıllı hadisələrinin məhkəməsi başlayır

0

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə təqsirləndirilən 18 nəfərin, həmçinin, Müsavat başqanının müavini Tofiq Yaqublu və ReAl Hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi başlayır.

 

Lent.az-ın məlumatına görə, hakim Rəşid Hüseynovun sədrlik edəcəyi məhkəmə prosesi saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri, İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar  yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1275

Oxşar yazılar