İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub
25 iyul 2013 11:43 (UTC +04:00)

İyunun 1-dən Bakıda 17 nəfər suda boğulub

0

 

Çimərlik mövsümü başlayandan indiyə qədər Bakıda  24 nəfər suda boğulma təhlükəsi ilə üzləşib.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin Lent.az-a verdiyi məlumata görə, həmin şəxslərin 17-i həyatını itirib, 7 nəfərin isə həyatını xilas etmək mümkün olub.

 

Bakıda may ayından indiyə qədər 30 nəfəri gün vurub, 15 nəfəri ilan, 45 nəfəri isə həşərat sancıb. Bu hallarda ölüm qeydə alınmayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 759

Oxşar yazılar