Komitə sədri və xınalıqlılar İlham Əliyev zirvəsində
19 sentyabr 2013 17:00 (UTC +04:00)

Komitə sədri və xınalıqlılar İlham Əliyev zirvəsində

Prezident seçkilərində İlham Əliyevə dəstək marafonun bir hissəsi kimi Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir qrup Xınalıq sakini ilə Şahdağ zirvəsinə (4243 metr) və prezident İlham Əliyevin adını daşıyan zirvəyə (4020) yürüş ediblər.

Lent.az-ın məlumatına görə, yürüş heç bir xüsusi texnika və alpinist dəstəyi olmadan baş tutub. Yürüşünün iştirakçılarından biri, Xınalıq sakini, Xınalıq tarix və etnoqrafiya muzeyinin abidə mühafizəçisi Natiq Orucovun dediyinə görə, bir neçə il bundan əvvəl prezident İlham Əliyev Xınalığa səfər edib və bundan sonra çətin dağ silsilələri yarılaraq kəndə yol çəkilib, yeni məktəb binası tikilib.

“Xınalığa yeni nəfəs gəldi. Kəndimiz turizm məskəni kimi dünyada tanındı, tarixi abidə kimi dövlət tərəfindən qorunmağa başladı. Xınalıqlılar  prezidentin bu qayğısını heç zaman unutmurlar. Biz eşidəndə ki, seçkilərdə prezidentimizi dəstəkləmək marafonunda əlçatmaz zirvələrə yürüş olacaq, böyük həvəslə buna qatıldıq. Mən özüm dağlar qoynunda böyümüşəm, Xınalığı əhatə edən Qızılqaya, Xınalıq dağı və digər zirvələrdə olmuşam. Amma Şahdağı və İlham Əliyevin adını daşıyan zirvə öz xüsusiyyətinə görə Azərbaycanın ən çətin zirvələrindəndir və mən də ilk dəfə ora çıxacaqdım.  Ənənəvi olaraq o zirvələrə iyul – avqust aylarında iki-üç gün ərzində çıxılır və payız ayları münasib hesab olunmur. Biz bunu bir gün ərzində texniki vasitənin və alpinist köməyi olmadan etmək qərarına gəldik. Səmimi istəyimiz, iradəmiz və prezidentə olan ehtiram bu işdə bizim ən yaxın yardımçımız oldu” – deyə Natiq bildirib.

 

Marafon iştirakçısı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib: “Biz bu təşəbbüsü irəli sürəndə məqsədimiz seçkilərdə vətəndaş mövqeyini nümayiş etdirməkdən ibarət idi. Açığı sadə insanların prezident İlham Əliyevə səmimi dəstəyi və məhəbbəti adamı valeh edir. Şahdağ və İlham Əliyevin adını daşıyan zirvəyə yürüş bizim marafonun ancaq bir elementidir. Fürsətdən istifadə edib, qeyd etmək istəyirəm ki, Şahdağ zirvəsinə gedərkən biz ucqar dağ zirvələrində keşik çəkən sərhədçilərimizlə fəxr etdik. Onlar yüksək texniki təminata və peşəkarlığa malikdirlər. İnanırıq ki, Ali Baş Komandanın fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, sərhədçilərimiz Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədində keşik çəkəcəklər və biz Dağlıq Qarabağda Böyük Kirs dağına, Dəlidağa və digər zirvələrə yürüş edəcəyik, orada Azərbaycanın bayrağı sancılacaq” .

 

# 1411
avatar

Oxşar yazılar

Suvenir pullarla təqaüdçüləri aldadan  tutuldu

Suvenir pullarla təqaüdçüləri aldadan tutuldu

16 may 2024 , 14:51
Qarajdan  4 kişi meyiti  tapıldı

Qarajdan 4 kişi meyiti tapıldı

16 may 2024 , 13:06
"Priora" velosipedçini vurub öldürdü

"Priora" velosipedçini vurub öldürdü

16 may 2024 , 12:44
Dövlət sərhədini pozan 10 nəfər  saxlanıldı

Dövlət sərhədini pozan 10 nəfər saxlanıldı

16 may 2024 , 12:17
Polis idarəsinin rəisi işdən QOVULDU  - tualetdə qadınları izləyirmiş

Polis idarəsinin rəisi işdən QOVULDU - tualetdə qadınları izləyirmiş

16 may 2024 , 12:11
Bakıda AĞIR QƏZA:  1 ölü, 3 yaralı var

Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

16 may 2024 , 11:25
Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

16 may 2024 , 10:52
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

16 may 2024 , 10:40