Kürdəmir sakinin maşını qaçırdılar
25 fevral 2019 11:11 (UTC +04:00)

Kürdəmir sakinin maşını qaçırdılar

Kürdəmir Rayon Polis Şöbəsinə fevralın 23-də saat 1 radələrində Atakişili kəndi ərazisindən Xırdaray kənd sakini H.Səlimovun “VAZ-21074” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Kəngərli kəndsakini N.İsmayılov həmin avtomobili idarə edərkən rolis əməkdaşları tərəfindən saxlanılıb.

Kürdəmir RPŞ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar