Kafedra müdiri dünyasını dəyişdi
03 yanvar 2015 10:58 (UTC +04:00)

Kafedra müdiri dünyasını dəyişdi

0

Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətlərinin kafedra müdiri, orkestr rəhbəri Gülağa Zeynalov dünyasını dəyişib. Lent.az-a daxil olan məlumata görə, G.Zeynalovun dünən axşam saatlarında qəflətən ürəyi dayanıb.

 

“Xalq ulduzu” yarışmasının iştirakçısı müğənni Kamil Cəfərov müəlliminin dünyasını dəyişməsindən Lent.az-a danışıb: “Allah rəhmət eləsin. Gülağa müəllim dünyasını dəyişdi. Allaha and olsun ki, hələ də inana bilmirəm. dekabrın 27-də bir yerdə idik. Çox gözəl sənətkar məşqlərimiz yarımçıq qaldı. Hara getdin?”

 

Qeyd edək ki, 1994-ci ildən Mədəniyyət və İncəsənət Universitetində çalışan Gülağa Tapdıq oğlu Zeynalov 1956-ci il  aprelin 28-də Şuşa şəhərində anadan olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar