Mənzildə köməksiz qalmış 5 yaşlı uşaq xilas edilib
19 sentyabr 2013 23:27 (UTC +04:00)

Mənzildə köməksiz qalmış 5 yaşlı uşaq xilas edilib

Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. Lent.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər 19 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsinə xüsusi alət və avadanlıqlar vasitəsilə 17-ci mərtəbədəki mənzilin eyvanından enərək daxil olub. Xilasedicilər 2008-ci il təvəllüdlü Mirzәyev Әli Rәşad oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Tibbi yardım stansiyasının həkimləri hadisə yerində olan APA-nın müxbirinə  bildirib ki, uşağın vəziyyəti normaldır, onun səhhətində heç bir problem yoxdur. 

 

# 1158
avatar

Oxşar yazılar