Müsavat üzvü Sirac Kərimli 6 il azadlıqdan məhrum edildi
16 mart 2015 16:53 (UTC +04:00)

Müsavat üzvü Sirac Kərimli 6 il azadlıqdan məhrum edildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sirac Kərimli 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. 

 

S. Kərimlinin qardaşı Müsavat partiyası başqanının müavini Fərəc Kərimli də məhbus həyatı yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar