Piyadanı vuran sürücü məhkəmə zalında həbs edildi
25 yanvar 2018 15:41 (UTC +04:00)

Piyadanı vuran sürücü məhkəmə zalında həbs edildi

Ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, hadisə ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Hadisədən sonra saxlanılan Ş.Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

Xatırladaq ki, Ş.Yusibov milliyətcə qaraçıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar