
Dubaya qadın aparan Züleyxadan YENİ XƏBƏR
Həmcinslərini Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Züleyxa Nüsrədinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, ittiham olunan qadın barəsində toplanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmə prosesləri yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, Züleyxa Nüsrəddin barəsində 2017-ci ildən axtarış elan edilib.
İstintaqda müəyyən edilib ki, Z. Nüsrəddin Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyulmasına səbəb olub.
Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Z.Nüsrəddin barəsində idarəyə şikayət ediblər. Şikayət əsasında onun barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Z. Nüsrəddin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işində 5 zərərçəkmiş qadın var.
Oxşar yazılar

Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 9 yaralı var - YENİLƏNİB
13 avqust 2025 , 20:32
Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 , 18:57
Azərbaycanda 29 hamilə qadın ölüb - STATİSTİKA
13 avqust 2025 , 17:03
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 , 14:48
Bakıda ƏMƏLİYYAT: iranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı
13 avqust 2025 , 14:37
8-ci mərtəbədən yıxılan körpə sağ qaldı
13 avqust 2025 , 14:33
Bu ölkənin keçmiş birinci xanımı korrupsiyaya görə HƏBS OLUNDU
13 avqust 2025 , 13:49