Qonşunu bıçaqlayan şəxs əsgərlikdə tutuldu
27 fevral 2019 12:50 (UTC +04:00)

Qonşunu bıçaqlayan şəxs əsgərlikdə tutuldu

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O törətdiyi əməldən peşman olduğunu deyib.

Həmçinin qeyd edib ki,  qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. Bir müddət sonra hərbi xidmətə yollanıb. Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətinin 4-cü ayında hüquq-mühafizə orqanlarının əməkdaşları onu bıçaqlanma hadisəsinə görə həbs ediblər.

Prokuror çıxışında M.Qocayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası matın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Murad Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən bir neçə ay sonra M.Qocayev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar