<b>Sabiq deputat dünyasını dəyişdi</b>
01 noyabr 2017 16:28 (UTC +04:00)

Sabiq deputat dünyasını dəyişdi

Sabiq millət vəkili Nizami Quliyev dünyasını dəyişib.

Lent.az-a bu barədə sabiq deputatın dostu, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi məlumat verib.

Bahəddin Həzi qeyd edib ki, Nizami Quliyev son vaxtlar yüksək qan təzyiqdən əziyyət çəkib: “Bu gün təzyiqi qalxıb və dünyasını dəyişib”.

Qeyd edək ki, Nizami Quliyev Gədəbəy rayonundan iki dəfə (1995 və 2000-ci illər çağırışında) Milli Məclisə deputat seçilib.  Daha sonra AXCP-dən ayrılaraq, Aydınlar Partiyasına qoşulub. O, 1956-cı ildə Gədəbəydə doğulub, ailəlidir.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar