Saxta pul satan ana-bala həbs edilmədi
26 dekabr 2017 11:01 (UTC +04:00)

Saxta pul satan ana-bala həbs edilmədi

 

Saxta pul əskinaslarını əldə etmək və satmaqda təqsirləndirilən  Məhbubə Həsənova və onun qızı  Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, hər iki qadın 7 il müddətinə azadlıqdan məhrum edilib. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq şərti cəza verilib.

 

İttihama görə, Məhbubə Həsənova tamah niyyəti ilə saxta pul əskinaslarını əldə etmək və satmaq üçün qızı Sədaqət Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib. Aralarındakı razılığa əsasən, Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu Sədaqət Həsənovaya göndərib. S.Həsənova bu "pullar”ı yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da gizlədib. Ötən ilin dekabr ayının 28-də saxta pulları satmaq üçün "müştəri” də tapıblar. Lakin ana-bala elə iş başındaca yaxalanıblar.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425

Oxşar yazılar